BAKI, 18 noyabr. TELEQRAF

“Gürcüstan hökumətinin müxalifət, vətəndaş cəmiyyət və jurnalistlərə qarşı təzyiqləri ölkənin Avropaya inteqrasiya səylərinə mane olur”.

Teleqraf xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Benyamin Haddad deyib.

“Bu, təəssüf doğurur, çünki Gürcüstan əhalisinin böyük əksəriyyəti Avropa yolunu dəstəkləyir. Bu istək güclüdür və Fransa ilə digər Avropa ölkələrinin də dəstəyini qazanıb. Amma 2024-cü il parlament seçkilərindən sonra, xüsusən də son aylarda baş verənlər ölkəni Avropa yolundan daha da uzaqlaşdırır”, - o bildirib.

Haddad hakim “Gürcü Arzusu” Partiyasını mövqeyini tam dəyişməyə və müxalifətlə konstruktiv dialoqa başlamağa çağırıb.

“Yeni parlament seçkilərinin keçirilməsi istiqamətində çalışmaq, habelə həbsdə olan siyasi rəqiblər, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını azad etmək lazımdır. Yalnız bu halda ölkə Avropa istiqamətinə qayıda bilər. Əks halda bu proses dayanacaq”.