BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstan Baş Prokurorluğunda keçmiş baş nazir Georgi Qaxariyaya qarşı cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş prokuroru Georgi Qvarakidze məlumat verib.

Qvarakidze bildirib ki, iş 20-21 iyun 2019-cu ildə baş verən epizodlarla bağlıdır.

“Xüsusən də parlament binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı iki nəfərdən çox adama qəsdən ağır xəsarət yetirmə faktları və dövlətdə siyasi vəzifə tutan şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları ilə əlaqədar”, - Georgi Qvarakidze əlavə edib.

Baş prokuror vurğulayıb ki, Georgi Qaxariyaya qarşı irəli sürülən ittihamlar 13 ilə qədər həbs cəzasını nəzərdə tutur.