BAKI, 8 noyabr. TELEQRAF
Türkiyənin Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Qardaş ölkə Azərbaycanın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edirəm. Qarabağ uğrunda canını fəda etmiş şəhid qəhrəmanları rəhmətlə anır, qazilərə minnətdarlığımı bildirirəm”, - M.Yavaş qeyd edib.
