BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Ermənistanın Hindistandan Su-30MKI qırıcı təyyarələri almaq istədiyi barədə məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Belə bir razılaşmamız yoxdur”, - Ermənistan müdafiə naziri deyib.

Qeyd edək ki, sözügedən informasiya Hindistan mətbuatında yayılıb.