BAKI, 22 oktyabr. TELEQRAF

“Kriç Nersisyan (katolikos II Qaregin) çoxdan kilsədən kənarlaşdırılıb, o, Ana Kilsəni (Eçmiədzini) ələ keçirən bir şəxsdir. Qoy əvvəlcə ictimaiyyətə izah etsin: haradan və necə qadın və uşaqları var. Bizim kilsə ilə münaqişəmiz yoxdur, bizim münaqişəmiz kilsəni murdarlayanlarla, andını pozanlarla bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O vurğulayıb ki, kilsədən kənarlaşdırılmış şəxs başqasını kilsədən kənarlaşdıra bilməz:

“Əgər kilsədən kənarlaşdırılmış şəxs başqasını da kilsədən uzaqlaşdırıbsa, deməli, həmin gün keşiş Aram (Asatryan) xalq tərəfindən kilsənin, yəni xalqın yeni ruhanisi kimi təqdis olunub. Mən gedib Aramın müqəddəs qəbulunda olacağam”.

Paşinyan həmçinin hökumətin balansında olan bəzi kilsələrin Eçmiədzindən alınmasının mümkün olduğunu istisna etməyib:

“Orada, harada ki, ruhani həyat yoxdur, əvəzində intriqalar, saxta səhifələr və qrup oyunları var, bizdə həm mənəvi, həm də hüquqi əsaslar mövcuddur ki, həmin kilsələri ictimaiyyətə qaytaraq və Arama, eləcə də onun kimi ruhani şəxslərə hər cür dəstək göstərək ki, onlar Ermənistanda həqiqi ruhani həyatı bərpa etsinlər”.