BAKI, 21 oktyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ilə Ermənistan-Aİ tərəfdaşlıq gündəliyinin yekunlaşdırılması və təsdiqi ilə bağlı məsələləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hər iki tərəf iqtisadi və nəqliyyat əlaqələrinin təşviqində qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Ermənistan və Azərbaycan arasında yaradılmış sülh və avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalar buna zəmin yaradır.
Ararat Mirzoyan və Kaya Kalas mövcud hibrid təhlükələrin aradan qaldırılması mexanizmləri haqqında fikir mübadiləsi aparıblar.