BAKI, 15 oktyabr. TELEQRAF

Moskva 2008-ci il hadisələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Tbilisiyə 253 milyon avro ödəməsi qərarını yerinə yetirməyi planlaşdırmır.

Teleqraf xəbər verur ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Qərarı icra etməyəcəyik”, - Kremlin nümayəndəsi deyib.

AİHM 2008-ci ilin avqust ayında Rusiya və Gürcüstan arasında baş verən müharibədə Gürcüstan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı Tbilisinin iddialarını təsdiqləyib. Qərara əsasən, Rusiya Gürcüstana buna görə 253 milyon avro təzminat ödəməlidir.