BAKI, 14 oktyabr. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Svetitsxoveli bayramı münasibətilə 70 məhkumu əfv edib.

Teleqraf xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

“Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verdiyi müstəsna səlahiyyətlərdən istifadə etməsi humanizm və dövlət maraqları prinsipinə əsaslanır”, - administrasiyanın məlumatında deyilir.