BAKI, 4 oktyabr. TELEQRAF
Araz çayının sahilində bəndin tikintisi ilə bağlı Türkiyə və Ermənistan arasında danışıqlar gedir.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“Artıq ilyarımdır Ermənistan Türkiyə ilə Araz çayının sahilində bəndin tikintisini razılaşdırmağa çalışır, baxmayaraq ki, İrəvanın belə bir müqavilə öhdəliyi yoxdur.
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi hələ iyun ayında “Sputnik Ermənistan”ın sorğusuna belə cavab vermişdi ki, Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə layihə sənədlərinin Türkiyə tərəfi ilə razılaşdırılması prosesi davam edir.
Üstəlik, bənd Arazda deyil, çayın sahilində tikilməlidir. Bununla bağlı nazirliyə yeni sorğu göndərərək, Ankara ilə razılaşmanın davam edib-etmədiyini, tikintiyə nə vaxt başlanacağını və ən əsası Ermənistanın Türkiyə ilə öz ərazisində bənd tikmək üçün hansı müqavilə əsasında razılaşdığının aydınlaşdırılmasını xahiş etdik.
Departamentdən bildirilib ki, Araz sərhəd çayı olduğu üçün Ermənistan çayın sahil hissəsinin möhkəmləndirilməsi üzrə işlər barədə Türkiyəni xəbərdar etmək qərarına gəlib”, - məlumatda deyilir.