BAKI, 4 oktyabr. TELEQRAF

“Radikal müxalifət və QHT-lər seçkiləri təxribata çəkmək niyyətində olduqlarını bəyan ediblər”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət sakitdir, heç kim cinayət törətməyə cürət etmir.

“Radikal müxalifət və QHT-lər seçkiləri təxribata çəkmək niyyətində olduqlarını açıqlayıblar. Onların arasında Milli Hərəkat liderlərindən biri seçki məntəqələrinə basqın etməyə çağırış ittihamı ilə həbsdədir. Seçkilər davam edir, vəziyyət sakitdir, yaxşı haldır ki, heç kim bu tip cinayəti törətməyə cəsarət etmir, baş nazir də bəyan edib ki, bütün belə hallara cavab veriləcək”, - Papuaşili vurğulayıb.

Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Müxalifət hakimiyyəti dinc yolla devirmək məqsədi ilə bu gün kütləvi etiraz aksiyası təşkil etməyi planlaşdırır. Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və eyni partiyadan olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava Bidzina İvanişvili hökumətinin devrilməsinə çağırışlara görə həbs edilib.