BAKI, 29 sentyabr. TELEQRAF

“Azərbaycan və Türkiyə ilə qapalı sərhədlər ölkəmiz üçün risk yaradıb və yaradacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Onlar (Azərbaycan və Türkiyə) öz problemlərini həll ediblər. Əgər biz (Ermənistanın keçmiş hökumətlərinin qurduğu) eyni xətt üzrə davam etmək və öz dövlətimizi tamamilə məhv etmək istəsək, buna icazə verməyəcəyəm. Ermənistan-Türkiyə sərhədinin açılması və Ermənistan iqtisadiyyatının inkişafı üçün əlimdən gələni edəcəyəm”, - nazir bildirib.