BAKI, 25 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka səfəri başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

ABŞ-yə səfəri zamanı Ş.Mirziyoyev Baş Assambleyanın ümumi müzakirələrində çıxış edərək, BMT-nin ən aktual qlobal problemlərin həlli üçün əsas platforma kimi roluna, eləcə də Yeni Özbəkistanda həyata keçirilən islahatlara diqqət çəkib.

Özbəkistan lideri beynəlxalq və regional əhəmiyyətli ən aktual məsələlərin həllinə, sülhün və davamlı inkişafın təmin edilməsinə yönəlmiş bir sıra təklif və təşəbbüslər irəli sürüb.

Səfərin mərkəzi hadisəsi Özbəkistan lideri ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüş olub. Dövlət başçıları Özbəkistan-ABŞ strateji tərəfdaşlığını daha da inkişaf etdirmək və əməli əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Şavkat Mirziyoyev Donald Trampla yanaşı, Koreya Respublikası, İordaniya, Çexiya, Albaniya, Prezidenti Bayram Bəqay və bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb.