BAKI, 24 sentyabr. TELEQRAF
“MDB ölkələri vahid hava hücumundan müdafiə sisteminin yaradılması üzrə səylərə başlayıb”.
Teleqraf xəbər verir ki, bu barədə MDB-nin Müdafiə Nazirləri Şurasının katibi general-leytenant Yuri Daşkin bildirib.
“Əldə edilmiş razılaşmalar artıq həyata keçirilir və bütün ayrılan vəsaitlər təyinatı üzrə istifadə olunur. Bu barədə həm Birləşmiş Qərargah Rəisləri Komitəsinə, həm də Müdafiə Nazirləri Şurasına mütəmadi olaraq məlumat veririk”, - Daşkin qeyd edib.
Qeyd edək ki, sentyabrın 24-də Minskdə MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilib.