BAKI, 23 sentyabr. TELEQRAF

“Ermənistanda yeni Konstitusiyanın qəbulu ən mühüm institusional məsələdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır, xalqla məhkəmə arasında əlaqə kəsilib.

Yeni Konstitusiyada Andlılar Məhkəməsi İnstitutunun tətbiqi müzakirə olunur: Nəhayət, bu problemdən qurtulmalıyıq. Bu məsələni həll etməyincə, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik”, - baş nazir vurğulayıb.

Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu demokratiyanın inkişafı yolunda ən mühüm islahat hesab edir:

“Həyata keçirməli olduğumuz islahatlar yeni Konstitusiyanın qəbul edilməsidir ki, bu da, yeri gəlmişkən, xalqla hüquq sistemi arasında üzvi əlaqə yaratmalıdır. 1995-ci ildən bəri xalqın 50+1 faizi heç bir konstitusiya referendumuna getməyib və mövcud Konstitusiyamızın lehinə səs verib”.

Baş nazir əlavə edib ki, Ermənistandakı bugünkü hüquq sistemi Ermənistan xalqına nifrət bəsləyir:

“Konstitusiya nədir? İnsanlar seçki məntəqəsinə gedib öz səsləri ilə müəyyən edirlər, notarial qaydada təsdiqlənirlər ki, biz ölkədə necə yaşayacağıq. Mən hesab edirəm ki, bu islahatlar olmadan baş nazir də daxil olmaqla, bu problemləri həll edə bilmərik”.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl də yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, hazırda sənəd layihəsi hazırlanır.