BAKI, 8 sentyabr. TELEQRAF

“Ermənistanın müdafiə qalası (Silahlı Qüvvələr - red.) dağılır”.

Teleqraf xəbər verir ki, bunu Ermənisanın keçmiş müdafiə naziri Samvel Karapetyan deyib.

Sabiq müdafiə naziri 44 günlük müharibədə Azərbaycana məğlubiyyətin Ermənistana baha başa gəldiyini etiraf edib.

“Ordu dağılır. Ölkəmizin təhlükəsizliyini kim təmin edəcək? Müdafiə qalamız uçur”, - Karapetyan bildirib.

Keçmiş nazir əlavə edib ki, döyüşdə məğlub olan xalqlar yenidən ayağa qalxır, təslim olanlar isə yox olur.