BAKI, 8 sentyabr. TELEQRAF
“Yaxın günlərdə Ermənistanda Türkiyə nümayəndə heyəti ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsi müzakirə ediləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
“Yaxın günlərdə Türkiyə tərəfi ilə Ermənistanda görüş keçiriləcək. Gündəliyə Ermənistan-Türkiyə münasibətləri, görülən tədbirlər və gələcəkdə atılması lazım olan addımlar daxildir. Anidəki tarixi körpünün və Gümrü-Qars dəmir yolunun bərpası və ümumilikdə münasibətlərin normallaşması üçün imkanlar var”, - o qeyd edib.
R.Rubinyan görüşün konkret hansı tarixdə keçiriləcəyini dəqiqləşdirməyib.
Ermənistana səfər edəcək Türkiyə nümayəndə heyətinə Ankaranın Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın rəhbərlik edəcəyi gözlənilir.