TBİLİSİ, 6 sentyabr. TELEQRAF

Gürcüstan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (ATƏT/DTİHB) oktyabrın 4-də keçiriləcək yerli seçkilərə müşahidə missiyası göndərməyə dəvət edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

O, ATƏT/DTİHB-nin Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcəyinə ümidvar olduğunu vurğulayıb.

“Gürcüstan hökuməti ATƏT/DTİHB-nin missiyasına seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazır olduğunu təsdiqləyir”, - İ.Kobaxidze deyib.