TBİLİSİ, 2 sentyabr. TELEQRAF
Gürcüstan parlamentində mandatları ləğv edilmiş “Gürcüstan naminə” partiyasından seçilmiş 12 deputat seçki siyahısı üzrə digərləri ilə əvəzlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın plenar iclasında qəbul edilib.
12 deputatın mandatlarına bu ilin iyulun 2-də xitam verilib. Partiya seçki siyahısını geri çəkmədiyindən parlament siyahı üzrə növbəti 12 nəfərin səlahiyyətlərinin tanınması məsələsini gündəmə gətirib.
Qeyd edək ki, Gürcüstanın XI çağırış parlamentində ümumilikdə 61 müxalif deputatın mandatı dayandırılıb. Müxalifət partiyaları 2024-cü ildə baş tutmuş parlament seçkilərinin nəticələrini tanımadığından qanunverici orqanın işində iştirakdan imtina ediblər.
Hazırda parlamentdə 150 deputat əvəzinə 89 deputat təmsil olunur.