TBİLİSİ, 27 avqust. TELEQRAF

Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Gürcüstanda fəaliyyət göstərən yeddi qeyri-hökumət təşkilatının (QHT) bank hesablarına həbs qoyulub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, həmin təşkilatların fəaliyyəti öz nizamnamələri ilə müəyyən edilmiş məqsədlərdən kənara çıxıb və daxil olmuş vəsaitlərin əhəmiyyətli hissəsi qanunsuz fəaliyyətin maliyyələşdirilməsinə yönəldilib.

İstintaqla müəyyən edilib ki, ötən il Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən zorakılıq xarakteri daşıyan nümayişlərin iştirakçıları həmin QHT-lərin vəsaitləri hesabına xüsusi vasitələrlə təmin olunublar.

Bildirilib ki, QHT liderləri ictimaiyyəti açıq şəkildə itaətsizlik və müqavimət göstərməyə çağırıb, təşkilatların fəaliyyəti tam şəkildə zorakılıq aktlarında iştirak edən şəxslərin və onların ailə üzvlərinin maddi müdafiəsinə yönəlib.