TBİLİSİ, 15 avqust. TELEQRAF

Gürcüstanda dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 1998-ci il təvəllüdlü Ç.Q. adlı şəxs sərhəd nəzarətindən yan keçməklə Gürcüstan ərazisinə daxil olub. O, Tbilisi-Marneuli yolunda avtomobil idarə edərkən saxlanılıb.

Azərbaycan vətəndaşını 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Faktla bağlı araşdırmalar aparılır.