BAKI, 11 avqust. TELEQRAF
“Rusiya və Azərbaycan arasındakı gərginliyin Rusiya-Ermənistan münasibətlərini gücləndirməsi ehtimalı azdır”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeniya Qoryuşina deyib.
“Bu təsir birmənalı deyil. Azərbaycanla dialoqun pisləşməsi formal olaraq Rusiya və Ermənistan arasında yaxınlaşma üçün şərait yarada bilər, amma Cənubi Qafqazda belə inertial mexanizm artıq işləmir”, - o vurğulayıb.
Qoryuşina əlavə edib ki, Ermənistan Fransa, İran və Hindistanla əməkdaşlığı fəal şəkildə gücləndirir.