BAKI, 11 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarıblar.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri yazıb.
Nəşr qeyd edir ki, ABŞ-də Azərbaycan və Ermənistan arasında imzalanan ilkin sülh sazişi Rusiyanın I Aleksandr və I Nikolay dövründən indiyədək davam edən Cənubi Qafqazdakı rolunun sonu deməkdir.
Bildirilir ki, Bakı və İrəvan əsas anlaşma parametrlərini Moskvanın iştirakı olmadan, lakin ABŞ administrasiyasının fəal vasitəçiliyi və Türkiyənin dəstəyi ilə razılaşdırıblar. Beş-yeddi il əvvəl belə bir şeyi təsəvvür etmək mümkün deyildi.
Qeyd olunur ki, hətta Ukraynaya qarşı müharibənin tam dayandırılması ehtimalı olsa belə, Moskva Cənubi Qafqazda əvvəlki mövqelərini geri qaytara bilməyəcək. Ötən həftəki hadisələrdən sonra əsasən Ankara, müəyyən dərəcədə isə Vaşinqton Cənubi Qafqaz regionunun əsas geosiyasi oyunçularına çevrilib.
“Deutsche Welle” yazır ki, Putin deyil, məhz Ərdoğan və Tramp regionun gələcəyinə fəal təsir göstərəcəklər.