TBİLİSİ, 30 iyul. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə Kaxa Kaladzenin namizədliyini irəli sürəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın rəsmi feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, K.Kaladzenin namizədliyi sabah təqdim ediləcək.
***
15:25
TBİLİSİ, 30 iyul. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze olacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Partiyanın mətbuat xidmətinin məlumatı təsdiqlədiyi bildirilir.
Qeyd olunub ki, K.Kaladzenin Tbilisi meri postuna üçüncü dəfə namizədliyi sabah rəsmi olaraq irəli sürüləcək.
Xatırladaq ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.