TBİLİSİ, 18 iyul. TELEQRAF

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri vəzifəsini icra edən Giorgi Murvanidze Azərbaycanın Baş konsulu Fuad Əzizovla görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Batumi meriyasından bildirilib.

Tanışlıq xarakteri daşıyan görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə mövcud münasibətlər müzakirə olunub. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər.

“Qeyd olunmalıdır ki, Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq mövcuddur”, - meriyanın məlumatında deyilir.

Qeyd edək ki, Batuminin meri Arçil Çikovani bu ilin mayın 13-də istefa verib. G.Murvanidze mayın 14-dən şəhər meri vəzifəsini icra edir. O, həmin vaxta qədər Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun rəis müavini olub.