TBİLİSİ, 18 iyul. TELEQRAF

Gürcüstanın Batumi şəhərində qətl hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, restoranda nahar edən Türkiyə vətəndaşına arxadan bir neçə dəfə atəş açılıb.

Hadisə yerinə ekspert kriminalistlər cəlb edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.