BAKI, 2 iyul. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanda məktəblərdə rus dilində tədrisin dayandırılması ilə bağlı KİV-də yayılmış iddiaya münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə brifinqdə jurnalistlərin sualına cavab olaraq danışıb.
“Biz bəzi media resurslarında guya Azərbaycanda rusdilli məktəblərin bağlanmasının planlaşdırıldığı barədə xəbərlər görmüşük. Az sona dərhal yaranan çoxsaylı sualları nəzərə alaraq, Azərbaycan Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - Zaxarova bildirib.
Xatırladaq ki, bundan əvvəl yerli KİV-də 2025-2026-cı tədris ilindən etibarən Azərbaycanda məktəblərdə rus dilində tədrisin ləğv olunacağı barədə iddia yayılmışdı.