BAKI, 2 iyul. TELEQRAF

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”, - Rusiya rəsmisi qeyd edib.

Peskov bildirib ki, Azərbaycan və Rusiya arasında gərginlik Yekaterinburq şəhərində azərbaycanlıların bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra başlayıb.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.