TBİLİSİ, 24 iyun. TELEQRAF

Giorgi Qvarakidze Gürcüstanın yeni Baş prokuroru seçilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamentinin 83 üzvü onun namizədliyinin lehinə səs verib.

G.Qvarakidze Baş prokuror vəzifəsini növbəti 6 il müddətində tutacaq.

Qeyd edək ki, G.Qvarakidze 2003-cü ildən prokurorluq orqanlarında çalışır. O, bu ilin may ayından Tbilisinin prokuroru olub, daha sonra Baş prokurorun birinci müavini vəzifəsinə təyin edilib.

Keçmiş Baş prokuror Giorgi Qabitaşvili isə iyunun 4-də istefa verib. O, iyunun 11-də 5 il müddətinə Gürcüstanın Baş auditoru seçilib.