TBİLİSİ, 23 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının daha bir lideri Badri Caparidze 8 ay müddətinə həbs olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Müxalifətçiyə iki il müddətinə dövlət vəzifəsi tutmaq qadağası da tətbiq olunub.

Xatırladaq ki, B.Caparidze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.

Qeyd edək ki, məhkəmənin bugünkü qərarları ilə eyni ittiham üzrə müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının digər lideri Mamuka Xazaradze 8 ay müddətinə azadlıqdan məhrum edilib.

***

15:22

TBİLİSİ, 23 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərdinən biri Mamuka Xazaradze 8 ay müddətinə azadlıqdan məhrum olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Qərarla siyasətçi iki il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib.

Xatırladaq ki, M.Xazaradze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.

Qeyd edək ki, məhkəmənin bugünkü qərarı ilə eyni ittiham üzrə müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay müddətinə həbs edilib.