TBİLİSİ, 18 iyun. TELEQRAF
Ermənistandan Gürcüstana gedən yük maşınında 298 kiloqram çəkisi olan heroin aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Nəqliyyat vasitəsinə detallı baxış zamanı gömrükçülər kərpici imitasiya edən 600 plastik konteyner aşkarlayıblar. Konteynerlərdə yerləşdirilmiş heroininin dəyəri 85 milyon lari (31 milyon ABŞ dolları) təşkil edir. Külli miqdarda narkotik vasitə Batumi vasitəsilə Avropaya daşınmalı idi.
Yük maşınının sürücüsü olan Gürcüstan vətəndaşı saxlanılıb. Onu 20 il müddətinə və yaxud ömürlük həbs cəzası gözləyir.