TBİLİSİ, 13 iyun. TELEQRAF
Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə yola düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən bildirilib.
Nazir səfər çərçivəsində azərbaycanlı həmkarı Vilayət Eyvazovla görüşəcək.
Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində tərəfdaşlığın və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. G.Geladzenin başçılıq etdiyi nümayəndə heyətinə müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze də daxildir.
Qeyd edək ki, G.Geladze mayın 28-də Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub. O, 2019-cu ildən Gürcüstanın DİN başçısı vəzifəsini tutmuş Vaxtanq Qomelaurini əvəzləyib.