BAKI, 13 iyun. TELEQRAF
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, hazırda bu prosesin texniki məsələləri müzakirə olunur.
Qriqoryan xatırladıb ki, məsələ ilə bağlı sonuncu görüş 2025-ci ilin yanvarında baş tutub:
"O zaman iki ölkənin baş nazirinin müavinləri Ermənistan-Azərbaycan-Gürcüstan sərhədindən delimitasiya prosesinin bərpa olunması ilə bağlı razılığa gəliblər. Hazırda danışıqlar davam edir. Delimitasiya prosesinin necə davam etdirilməsi ilə bağlı texniki məsələlər müzakirə olunur. Hazırda tərəflər prosesin texniki məsələlərini aydınlaşdıra bilməsi üçün konfidensial və diplomatik iş aparılır".
Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanla sülh bağlamaq istəyir:
"Biz tez-tez belə fikirlər eşidirik ki, bu saziş Ermənistanın maraqlarına uyğun deyil, lakin bu, belə deyil. Ermənistan sülh sazişini imzalamaq istəyir. Ermənistanın mövqeyi ondan ibarətdir ki, kommunikasiyaların açılması suverenlik və yurisdiksiya, qarşılıqlılıq və bərabərlik çərçivəsində baş verməlidir. Biz bu çərçivədə müzakirələrə hazırıq".