BAKI, 5 iyun. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan ləğv edilmiş separatçı rejimin qalıqlarının İrəvandakı mövcudluğunu inkar edib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanda Qarabağ strukturları (qondarma qurum – red.) yoxdur və əgər varsa, QHT səviyyəsindən yuxarı ola bilməz. Əks halda, mən müvafiq strukturların buna cavab verməsini tələb edirəm”, - parlament sədri deyib.

Simonyan iddia edib ki, Ermənistanda başqa strukturlar yoxdur və varsa da, onlar tanınmır və tanınması da mümkün deyil.