TBİLİSİ, 5 iyun. TELEQRAF
Kaxa Kaladze üçüncü dəfə Tbilisi meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O, seçkilərə qatılaraq bütün radikal qrupları məğlub edəcəyəni deyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz növbəsində jurnalistlərə açıqlamasında K.Kaladzeni Tbilisi meri postuna alternativsiz namizəd adlandırıb.
Qeyd edək ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrında keçiriləcək. K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib.