TBİLİSİ, 2 iyun. TELEQRAF

Gürcüstanda son günlər həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində 31 nəfər əcnəbi ölkədən çıxarılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Qonşu ölkədən deportasiya olunmuş əcnəbilər İran, Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, Burundi, Qazaxıstan, İordaniya, Azərbaycan, Banqladeş, Pakistan və İraq vətəndaşlarıdır.

Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Qurumun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının müəyyən edilərək ölkədən çıxarılmasıdır.