BAKI, 30 may. TELEQRAF

Rusiyaya yaxınlığı ilə tanınan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyi təqdirdə partiyalararası blok yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, o, özünü Ermənistan baş naziri vəzifəsinə namizəd kimi də görmür.

Həmçinin Sarukyan yeni blokda ölkənin ən yaxşı mütəxəssislərini birləşdirməyi də hədəfləyir.

Yaxın vaxtlarda o, bu məqsədlə Ermənistanın müxtəlif sahələri və regionlarından olan aparıcı ekspertlərlə məsləhətləşmələrə başlamaq niyyətindədir.

“Bütün bunlara baxmayaraq, mən baş nazir kürsüsündə oturmağa can atmıram”, - Sarukyan əlavə edib.