TBİLİSİ, 27 may. TELEQRAF
Rusiya Gürcüstanı öz təsir dairəsinə qaytarmağı hədəfləyir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin ABŞ Konqresi üçün hazırladığı “Qlobal Təhdidlərin Qiymətləndirilməsi - 2025” hesabatında bildirilib.
Qeyd olunub ki, ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra “Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumət Rusiyaya ölkədə öz təsirini artırmağa imkan verən şərait yaradıb.
Hesabatın Qafqaz bölməsində, həmçinin Rusiya-Ermənistan münasibətlərinə də toxunulub. Bildirilib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı hədəsindən sonra iki ölkə arasında münasibətlər pisləşib.