TBİLİSİ, 27 may. TELEQRAF

“Bir neçə min nəfər insanın qarşısına çıxıb belə bir hərəkət etmək gürcü mədəniyyətinə uyğun gəlmir. Bu, mədəniyyətsizlikdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günlərdə “Tbilisi Open Air” musiqi festivalında müğənni Erekle Qetsadzenin Rusiya bayrağını təhqir etməsinə münasibət bildirərkən deyib.

O, insidentin hansı bayraqla bağlı baş verməsinin əhəmiyyət kəsb etmədiyini bildirərək, Rusiya tərəfinin məsələ ilə bağlı şərhlərinin maraqlı olmadığını vurğulayıb.

Qeyd edək ki, Tbilisidə Rusiya bayrağının təhqir edilməsi Moskvada narazılıqla qarşılanıb. Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova bildirib ki, kimin nə etməsindən asılı olmayaraq, bayraq bayraq olaraq qalır. Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin faktla bağlı cinayət işinin açılması və insidentin araşdırılması ilə bağlı göstəriş verib.