
BAKI, 24 may. TELEQRAF
Macarıstan xarici işlər naziri Peter Siyarto mayın 27-də Ermənistana işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Macar nazir “İrəvan Dialoqu” Forumu çərçivəsində panel müzakirələrdə iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüş planlaşdırılır.