BAKI, 22 may. TELEQRAF
26-30 may tarixlərində Konyada Türkiyə-Azərbaycan Birgə Elektron Müharibə Təliminin keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
Türkiyə Silahlı Qüvvələrinin milli və beynəlxalq səviyyədə təlim fəaliyyətlərini uğurla davam etdirdiyini bildirən Aktürk bu çərçivədə 12-30 may tarixlərində Kayseridə “Erciyes” hava desant, 12-23 May tarixlərində isə Konyada beynəlxalq “Anadolu Ankası” təlimlərinin keçirildiyini bildirib.
Nazirliyin rəsmi nümayəndəsi Azərbaycan, ABŞ, Almaniya, İtaliya, Qətər, Polşa, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanının iştirak etdiyi Beynəlxalq Anadolu Ankası təlimlərinə 12 ölkənin müşahidəçi qismində qatıldığını vurğulayıb.