TBİLİSİ, 22 may. TELEQRAF

Litva Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan vətəndaşları üçün vizasız rejimi dayandırıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Delfi” nəşri yazıb.

Litva hökuməti bununla Avropa İttifaqı (Aİ) Şurasının yanvarda qəbul etdiyi Gürcüstan diplomatları və məmurları üçün vizasız rejimin dayandırılması barədə qərarını təsdiqləyib.

Vizasız rejimin dayandırılması diplomatik və xidməti pasportlara malik olan şəxslərin ailə üzvlərinə də şamil edilib.

Xatırladaq ki, bu ilin mayın 8-də Estoniya hökuməti də Aİ Şurasının qeyd olunan qərarını təsdiqləyib.