BAKI, 20 may. TELEQRAF

Mayın 20-21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfərə gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 20-də keçirdiyi brifinqdə bildirib.

“Moskva ümid edir ki, Lavrovun səfəri Rusiya və Ermənistan arasında siyasi və qurumlararası dialoqun möhkəmlənməsinə töhfə verəcək, qarşılıqlı anlaşmanın artmasına və hər bir tərəfi maraqlandıran məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasına gətirib çıxaracaq”, - o qeyd edib.