TBİLİSİ, 16 may. TELEQRAF

Rusiyada məhkəmə Ukrayna tərəfdə döyüşən 29 yaşlı Gürcüstan vətəndaşı Tornike Qoquadzeni qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən bildirilib.

Komitə müəyyən edib ki, T.Qoquadze 2022-ci ilin martında Ukraynaya gedib və muzdlu kimi silahlı qruplaşmalara qoşulub, hərbi hazırlıq keçərək Donetsk və Luqansk “respublika”larının güc strukturları və Rusiya hərbçilərinə qarşı əməliyyatlarda iştirak edib. Gürcüstan vətəndaşının hərbi əməliyyatlarda iştiraka görə aylıq ödəniş aldığı iddia olunub.

Qiyabi həbs olunan T.Qoquadze beynəlxalq axtarışa verilib.