TBİLİSİ, 15 may. TELEQRAF
ATƏT Parlament Assambleyasındakı (PA) ABŞ, Böyük Britaniya, bir sıra Avropa ölkələri və Ukraynadan olan nümayəndə heyətləri Portuqaliya hakimiyyətinə müraciət ünvanlayıblar.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, müraciətdə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ATƏT PA-nın 29 iyun-3 iyul tarixlərində Portu şəhərində keçiriləcək 32-ci illik sessiyasına buraxılmaması istənilib.
Portuqaliyanın baş nazirinə ünvanlanmış məktubda “Gürcü Arzusu” hökumətinin üzvlərinə viza verməkdən imtina etməklə və ya başqa yolla onların bu mühüm tədbirdə iştirakına mane olmaqla bağlı çağırışlar yer alıb.
Müraciətdə qeyd olunub ki, “Gürcü Arzusu” üzvrlərinin sessiyada iştirakı “Gürcüsanda və onun hüdudlarından kənarda demokratiya uğrunda mübarizə aparanlara” yanlış siqnal verəcək.