TBİLİSİ, 13 may. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Arçil Çikovani vəzifəsini tərk edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
A.Çikovani şəhərə rəhbərlik etməyin böyük şərəf olduğunu vurğulayıb. O, batumililərə etimad və dəstəyə görə, birlikdə çalışdığı komandaya təşəkkür edib, hakim “Gürcü Arzusu” partiyasının sadiq üzvü olaraq qalacağını bildirib.
Qeyd edək ki, A.Çikovani 2021-ci ildə yerli seçkilərdə Batuminin meri seçilmişdi.