TBİLİSİ, 8 may. TELEQRAF
Estoniya hökuməti Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxsləri üçün viza rejimi tətbiq edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN-dən qeyd olunub ki, bu addım Avropa İttifaqı da daxil olmaqla beynəlxalq ictimaiyyətin Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sadə insanlar, etirazçılar və jurnalistlərə qarşı “respressiyaları”, polisin cəzasız qalmasını və vətəndaş cəmiyyətini susdurmasını qəbul etmədiyini göstərmək üçün atılıb.