BAKI, 7 may. TELEQRAF

Ermənistanda növbədənkənar parlament seçkiləri olmayacaq.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Növbədənkənar seçkilərə hazırlaşmırıq. Vətəndaşlarla birbaşa təmaslarımızı davam etdirəcəyik”, - baş nazir bildirib.

Nikol Paşinyan hər ilə Ermənistan müxalifəti tərəfindən belə iddiaların ortaya atıldığını qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında olacaq.