BAKI, 5 may. TELEQRAF

Hesab edirəm ki, sabiq prezident Robert Köçəryan Ermənistanda Rusiya casusu statusuna malik şəxsdir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hesab edirəm ki, Robert Köçəryan Ermənistan Respublikasında Rusiya casusu statusuna malik şəxsdir. Köçəryan Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən fiqurdur. Mən onun fəaliyyəti, yaydığı mətnlər və bəyanatlarını görürəm, bu, mənim siyasi qiymətimdir. Siz Rusiyanın bəyanatları ilə tam üst-üstə düşən bəyanat verəndə, fraksiyanızın üzvləri Rusiya tərəfinin fikirləri ilə üst-üstə düşən çıxışlar edəndə mən belə nəticələr çıxara bilərəm”, - parlamentin sədri qeyd edib.