TBİLİSİ, 30 aprel. TELEQRAF
Gürcüstanda miqrantların işə qəbulu qaydaları ilə bağlı qanuna əlavələr ediləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın əmək bazarında əcnəbi miqrantların məşğulluğunun tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsü yaxın vaxtlarda parlamentə təqdim olunacaq.
Nazir müavini qeyd edib ki, əksər hallarda əcnəbinin işə qəbulu Gürcüstan vətəndaşının işini itirməsi ilə nəticələnir ki, bu da haqlı hiddətə səbəb olur.
“Bu sahədə qanunvericilikdə boşluq var və problemin həlli ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti, iqtisadiyyat, ədliyyə və səhiyyə nazirlikləri ilə razılaşdırılmış təkliflərimiz olacaq”, - A.Daraxvelidze söyləyib.
DİN rəsmisi, həmçinin hazırda Gürcüstanda 25 min nəfərə yaxın qeyri-qanuni miqrantın olduğunu qeyd edib.