TBİLİSİ, 23 aprel. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.
Spiker Gürcüstanın ATƏT-in fəal üzvü olduğunu qeyd edərək təşkilatla əməkdaşlığı müsbət qiymətləndirdiyini deyib.
F. Sinirlioğlu bildirib ki, ATƏT üçün Gürcüstanda sabitlik və təhlükəsizlik böyük əhəmiyyət daşıyır.
Görüşdə regional əməkdaşlıq məsələlərinin də müzakirəsi aparılıb. Cənubi Qafqaz bölgəsində sülh və tərəqqinin təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının əhəmiyyəti vurğulanıb.
Tərəflər Gürcüstandakı siyasi prosesləri, parlamentin qanunvericilik fəaliyyətini və bu ilin payızına planlaşdırılmış yerli seçkiləri də müzakirə ediblər.